Əsas məzmuna keç

Modi Baş nazir kimi fəaliyyətinin 25 illiyini qeyd etdi

Modi Baş nazir kimi fəaliyyətinin 25 illiyini qeyd etdi

Qucaratın keçmiş rəhbəri 2047-ci ilədək Hindistanın inkişafı üçün hansı qlobal hədəfləri müəyyənləşdirdi? Narendra Modinin tarixi uğurunun detalları burada.

en ru

Hindistanın Narendra kimi fəaliyyətinin 25 illiyini qeyd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, ilk olaraq Qucarat ştatının Baş naziri vəzifəsində çalışıb, 2014-cü ildən isə Hindistan hökumətinə rəhbərlik edir.

"2001-ci il oktyabrın 7-də Qucaratın Baş naziri vəzifəsinə and içəndə heç vaxt bu mərhələyə çatacağımı təsəvvür edə bilməzdim. Bu gün baş nazir kimi fasiləsiz fəaliyyətimin 25 ilini qeyd edirəm. Buna xalqın sadiq dəstəyi və xeyir-duası sayəsində nail olmaq mümkün olub",- Modi bildirib.

O, Hindistanın 2047-ci ilə qədər inkişafı ilə bağlı əsas hədəflərdən danışıb. Həmin il ölkə müstəqilliyinin 100 illiyini qeyd edəcək.

Modinin qeyd etdiyi əsas məqsədlər sırasında Hindistanın özünütəmin edən ölkəyə çevrilməsi, qlobal istehsal mərkəzi kimi mövqeyinin gücləndirilməsi, Olimpiya Oyunlarının ölkədə keçirilməsi və Hindistanın insanlı kosmik missiyasının həyata keçirilməsi yer alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…