Əsas məzmuna keç

Abbas Əraqçi Hindistanın Baş naziri Modi ilə görüşdü

Abbas Əraqçi Hindistanın Baş naziri Modi ilə görüşdü

Yeni Dehlidə BRICS toplantısı: Abbas Əraqçi Hindistanın Baş naziri ilə regional sabitliyi və ABŞ-İsrail gərginliyini müzakirə edib. Tehranın mühüm mesajı nədir?

en ru

nazirlərinin görüşündə iştirak etmək üçün Yeni Dehliyə gələn İranın xarici işlər naziri Əraqçi Hindistanın Narendra Modi ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Görüşdə Abbas Əraqçi Tehran və Yeni Dehli arasında tarixi və dostluq münasibətlərinə toxunub, həmçinin ABŞ–İsrail arasında İrana qarşı müharibə və onun nəticələri ilə bağlı son hadisələr barədə məlumat verib.

Hindistanın Baş naziri Narendra Modi isə ikitərəfli münasibətlərin, eləcə də regional sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb. O, Hindistanın regional təhlükəsizliyə töhfə verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, BRICS ölkələri — Braziliya, , Hindistan, Çin və Cənubi Afrika — və yeni üzv dövlətlərin nümayəndələri 14 maydan etibarən Yeni Dehlidə iki günlük danışıqlar aparırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…