Əsas məzmuna keç

Pezeşkian ABŞ-ni yeddi ay davam edən münaqişəyə görə ittiham edib

Pezeşkian ABŞ-ni yeddi ay davam edən münaqişəyə görə ittiham edib

Məsud Pezeşkian uranın zənginləşdirilməsi və nüvə proqramı ilə bağlı iddialara cavab verdi. Tehran-Vaşinqton gərginliyində Donald Tramp faktoru və yeni detallar.

en ru

İran Prezidenti Məsud Tehranın silahına sahib olmaq istədiyi barədə iddiaları qəti şəkildə rədd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, eyni zamanda İranın nüvə proqramının beynəlxalq səviyyədə yoxlanılmasına hazır olduğunu bildirib.

İran prezidenti deyib ki, ölkəsinin nüvə silahı əldə etmək niyyəti yoxdur.

Onun sözlərinə görə, İranın mərhum lideri və Ali Rəhbəri dəfələrlə dini baxımdan nüvə silahının yolverilməz olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, nüvə məsələsi ətrafında gərginliyin azaldılması çərçivəsində uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa və beynəlxalq yoxlamalara icazə verməyə hazırdır.

"Bu silah kütləvi qırğın silahıdır. Biz zənginləşdirmə səviyyəsini azaltmağa hazır olduğumuzu bildirmişik. Yoxlamaya da hazırıq", - o vurğulayıb.

İran prezidenti həmçinin iyun ayında ABŞ Prezidenti Trampla imzalanmış, lakin həyata keçirilməmiş anlaşma memorandumuna toxunub. Onun sözlərinə görə, sənəd hərbi əməliyyatların dayandırılmasına və ABŞ-İran arasında daha geniş razılaşmanın əldə olunması üçün zəmin yaradılmasına xidmət etməli idi.

"Bu razılaşma imzalanıb. Biz onun əsasında irəliləməyə hazırıq və bunu hələ də istəyirik", - Pezeşkian bildirib.

Hörmüz boğazı ilə bağlı danışan bildirib ki, İran boğazı bağlamayıb və onun açıq olduğunu deyib.

Pezeşkian həmçinin ABŞ-ni Yaxın Şərqdə təxminən yeddi ay davam edən münaqişəyə və diplomatik səylərin qarşısının alınmasına görə ittiham edib.

O bildirib ki, Vaşinqton dialoq aparmaq əvəzinə əvvəlcə İrana zərbələr endirib və diplomatik kanalları bağlayıb.

İran prezidenti bildirib ki, əgər ABŞ administrasiyası beynəlxalq hüquq çərçivəsində razılaşma əldə etmək istəyirsə, Tehran buna müsbət yanaşacaq, əks halda seçkilərin əvvəl və ya sonra keçirilməsinin İran üçün fərqi yoxdur.

Pezeşkian İranın müharibənin davam etməsini istəmədiyini də təsdiqləyib. O, İsraili münaqişəni qızışdırmaqda ittiham edib.

İran prezidenti həmçinin İran qüvvələrinin İordaniyadakı ABŞ hərbi bazasına ölümcül hücum zamanı Çin peyk görüntülərindən istifadə etməsi barədə xəbərlərə münasibət bildirib.

Pezeşkian bu görüntülər barədə məlumatının olmadığını deyib və iki ölkənin silahlı qüvvələri arasındakı qarşılıqlı fəaliyyətin onların daxili işi olduğunu bildirib.

O, həmçinin İranın Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husilər) hərəkatına göstəriş vermədiyini və təşkilatın fəaliyyətinə görə məsuliyyət daşımadığını söyləyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…