Əsas məzmuna keç

Pezeşkian ABŞ ilə danışıqlar barədə sərt mövqe ortaya qoydu

Pezeşkian ABŞ ilə danışıqlar barədə sərt mövqe ortaya qoydu

Masud Pezeşkian Tehranın milli maraqlarından güzəştə getməyəcəyini bəyan edib.

en ru

İran İslam Respublikasının Prezidenti Məsud ilə aparılan danışıqlar prosesi və ölkənin mövqeyi ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi Tehranın milli hüquqlar, dövlət maraqları və prinsiplər məsələsində heç bir güzəştə getməyəcəyini bildirib. Onun sözlərinə görə, İran bu mövqeyini qətiyyətlə müdafiə edir.

Pezeşkian çıxışında bəzi siyasi dairələrin danışıqlar prosesini gözdən salmaq cəhdlərini tənqid edib. O vurğulayıb ki, diplomatik fəaliyyətlər İranın ali rəhbərliyi ilə tam koordinasiya olunmuş şəkildə və qanunvericilik çərçivəsində həyata keçirilir.

Dövlət başçısı qeyd edib ki, danışıqlar qrupunun əsas məqsədi ölkənin milli maraqlarını və vətəndaşların hüquqlarını qorumaqdır. Onun sözlərinə görə, əldə olunan nəticələr İran üçün diplomatik uğur kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ-nin Prezidenti Trampın xüsusi elçisi Stiv Uitkoffun Vaşinqtonun İranla mümkün danışıqlar gözləntiləri fonunda Qətərin paytaxtı Dohaya səfər etdiyi bildirilir.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verərək, İranın ekspert heyətinin bu həftə Dohaya gedəcəyini təsdiqləyib. O, bu səfərin dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı məsələlərə aid olduğunu, lakin ABŞ ilə birbaşa danışıqlarla əlaqəli olmadığını vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…