Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peskov Ermənistandakı seçkilərin nəticələrini şərh etməkdən imtina etdi

2 dəq
Paylaş:
Peskov Ermənistandakı seçkilərin nəticələrini şərh etməkdən imtina etdi

Kremldən Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri rəsmi olaraq elan edilənə qədər parlament seçkilərinin yekunları ilə bağlı şərh verməkdən çəkindikləri bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin katibi Dmitri jurnalistlərə bildirib.

O qeyd edib ki, Rusiya tərəfi məlumatları diqqətlə izləyir:

"Mən bu barədə hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm, çünki MSK-nın yekun nəticələri açıqlanmayıb, biz bu nəticələri gözləyirik".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moskva İrəvanla münasibətlərdə gələcək kursunu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə almaqla qurmaq niyyətindədir.

Bununla yanaşı, o vurğulayıb ki, keçirilmiş seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini əyani şəkildə nümayiş etdirib.

Qeyd edək ki, Ermənistan MSK-nın məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində 49,825 % səs toplayaraq qalib gəlib. Bu göstərici ona yeni hökuməti formalaşdırmağa imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax