Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pensiyalar nə qədər artırılacaq?

2 dəq
Paylaş:
Pensiyalar nə qədər artırılacaq?

İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzalayıb. Sərəncama əsasən, 2026-cı il yanvarın 1-dək təyin bütün əmək pensiyaları 2025-ci il üzrə aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilərək bu ilin 1 yanvar tarixindən artırılır.

“Operativ Məlumat Mərkəzi-OMM”-ə məsələ ilə bağlı açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir.

Qanunvericiliyə görə, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqında alınan artım faizinə uyğun indeksasiya olunur.

Deputat qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil edilir.

“Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının üç növü mövcuddur: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Bu isə o deməkdir ki, növündən asılı olmayaraq əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləği artırılacaq.

Vüqar Bayramovun sözlərinə görə, indeksləşdirmə əvvəlki ilin göstəriciləri əsasında aparıldığı üçün 2025-ci ilin dekabrın 31-dək pensiya hüququ qazanan bütün vətəndaşların pensiyalarına artım hesablanacaq. Sözügedən artımlar ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax