Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Beijing Daily"-ə istinadən xəbər verir ki, dünən günorta saatlarında baş verən yanğından sonra bölgəyə yanğınsöndürənlər, sağlamlıq və təcili yardım qrupları göndərilib, 71 xəstə xilas edilərək təxliyə edilib.
Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalar davam edir.