Əsas məzmuna keç

Fransada yanğınsöndürmə məntəqələrindən bahalı avadanlıqlar oğurlandı

Fransada yanğınsöndürmə məntəqələrindən bahalı avadanlıqlar oğurlandı

Ölkənin müxtəlif bölgələrində yerləşən 5 yanğınsöndürmə stansiyasından xüsusi xilasetmə alətləri oğurlanıb, faktla bağlı araşdırma aparılır.

en ru

Fransanın Rona və İzər departamentlərində 5 yanğınsöndürmə məntəqəsi oğruların hədəfinə çevrilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Franceinfo”nun məlumatına görə, cari ay ərzində baş verən silsilə oğurluqlar zamanı yanğınsöndürənlərin əsas xilasetmə vasitələrindən olan hidravlik qayçılar oğurlanıb.

Sözügedən avadanlıqlar xüsusilə yol-nəqliyyat hadisələri zamanı avtomobillərdə sıxılıb qalan insanların xilas edilməsində mühüm rol oynayır.

Oğurlanan avadanlıqların ümumi dəyərinin minlərlə avro olduğu bildirilir. Hadisələrlə bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq başladılıb.

Oğurluqlar ölkədə yanğınsöndürmə xidmətlərinin onsuz da ciddi təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edib. Ekstremal istilər və meşə yanğınları nəticəsində Fransada ilin əvvəlindən 117 min hektar ərazinin yandığı bildirilir.

Artan iş yükü və texniki resurs çatışmazlığından narazı olan yanğınsöndürənlər daha çox işçi qüvvəsi və tələb edirlər. Onların sentyabrın 29-da Parisdə etiraz aksiyası keçirməsi planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…