Əsas məzmuna keç

Patriarx Kirill İlham Əliyevə zəng edib

Patriarx Kirill İlham Əliyevə zəng edib

Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını...

Moskvanın və bütün Rusiyanın patriarxı dekabrın 24-də İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ilə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.

Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.

Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…