Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iki ölkə rəhbərinin görüşünə dair kadrları Ermənistan hökumətinin başçısı sosial şəbəkə hesabında paylaşıb. Müzakirələrin konkret məzmunu və detalları barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasına fəxri qonaq qismində qatılır.
MDB Dövlət Başçıları Şurasının oktyabrın 9-da Türkmənbaşı şəhərində təşkil olunan geniş tərkibli iclasında regional təhlükəsizlik, iqtisadi-ticari əməkdaşlıq və nəqliyyat-logistika dəhlizlərinin inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulub.


