Əsas məzmuna keç

Paşinyan Putin və Əliyevlə görüş ehtimalını istisna etməyib

Paşinyan Putin və Əliyevlə görüş ehtimalını istisna etməyib

Ermənistanın baş naziri Nikol Paşinyan MDB sammiti çərçivəsində Rusiya və Azərbaycan liderləri ilə təmasların olacağını gözləyir. Rəsmi görüşlər isə planlaşdırılmayıb.

en ru

Ermənistanın Baş naziri Türkmənistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Federasiyasının Prezidenti və Respublikasının Prezidenti İlham Əliyev ilə qeyri-rəsmi təmasların olacağını istisna etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandıran Paşinyan oktyabrın 7-də Rusiya Prezidentinə telefonla zəng edərək təbrik etdiyini xatırladıb.

O, liderlərin eyni beynəlxalq platformada bir araya gəldiyini vurğulayıb: “Bu gün və sabah eyni tədbirdə olacağıq. Belə beynəlxalq formatlarda təmaslar şübhəsiz ki, baş tutur. İkitərəfli rəsmi görüşlər planlaşdırılmasa da, sammit gedişində zərurət yarandığı təqdirdə ayaqüstü müzakirələr və dialoq mümkündür”.

MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanın “Avaza” milli turizm zonasında təşkil olunur. Proqrama əsasən, oktyabrın 8-də nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrinin milli kulinariya festivalına qatılacaq, axşam saatlarında isə Türkmənistan Prezidentinin adından rəsmi ziyafət veriləcək.

Sammitin əsas işgüzar paneli oktyabrın 9-da öz işinə başlayacaq. Qeyd edək ki, təşkilatın tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa qonaq qismində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da dəvət olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…