Əsas məzmuna keç

Paşinyan Liparit Drmeyana qarşı araşdırma tələb etdi: "Troya atı" ittihamı

Paşinyan Liparit Drmeyana qarşı araşdırma tələb etdi: "Troya atı" ittihamı

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş rəsmisinin fəaliyyətini korrupsiya şübhələri ilə əlaqələndirərək hüquq-mühafizə orqanlarını hərəkətə keçməyə çağırıb.

ru en

Ermənistanın ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin keçmiş rəhbəri Liparit Drmeyanla bağlı ciddi iddialar səsləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə hüquq-mühafizə orqanlarına müraciət edərək Drmeyanın fəaliyyəti və əmlakı ilə bağlı araşdırma aparılmasını tələb edib.

Baş nazir iddia edib ki, Drmeyan hökumət binasında çalışdığı dövrdə dövlət maraqlarından çox şəxsi maraqlara xidmət edib. Paşinyan onu “Troya atı” adlandıraraq, fəaliyyəti ilə bağlı mümkün hallarının araşdırılmalı olduğunu bildirib.

Paşinyan qeyd edib ki, Drmeyanın işdən uzaqlaşdırılmasından sonra tərəfinin Arbitraj Məhkəməsindəki mövqeyi zəifləyib. O, hökumətin mövqeyi ilə ziddiyyət təşkil edən yanaşmaların dövlət strukturlarında qəbuledilməz olduğunu vurğulayıb.

Baş nazir bildirib ki, onun siyasəti ilə razılaşmayan və fərqli mövqe nümayiş etdirən şəxslər ya istefa verməli, ya da vəzifələrindən kənarlaşdırılmalıdır.

Qeyd edək ki, vəzifəsindən azad edildikdən sonra keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik qanadları” partiyasından deputatlığa namizəd olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…