Papua-Yeni Qvineya sahillərində maqnitudası 6,3 olan zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentrinin Kandriya bölgəsindən 23 kilometr şimal-şərqdə olduğu açıqlanıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində xəsarət alan olmayıb.