Papua Yeni Qvineya sahillərində zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin maqnitudası 5,5 bal olub.
Bildirilib ki, zəlzələnin episentri ölkənin paytaxtı Port Moresbidən 483 kilometr məsafədə yerləşib. Ocaq 78 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və ya dağıntılar barədə məlumat verilməyib.