Əsas məzmuna keç

İndoneziyada 6,1 maqnitudalı zəlzələ baş verib

İndoneziyada 6,1 maqnitudalı zəlzələ baş verib

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 131 kilometr dərinlikdə qeydə alınıb.

en ru

İndoneziyada 6,1 maqnitudalı zəlzələ baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin () məlumatına görə, təkanlar saat 14:56-da, 131 kilometr dərinlikdə qeydə alınıb.

İndoneziyada avqustun 15-də səhər saatlarında 7,7 maqnitudalı zəlzələ də baş vermişdi.

Həmin hadisə nəticəsində 103 nəfərin öldüyü açıqlanmışdı.

BNPB Fəlakət Məlumatları Mərkəzinin sədr müavini Berton Panjaitan yaralıların sayının 1 666 nəfər olduğunu bildirmişdi.

Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 1 300-dən artıq evə qismən ziyan dəyib.

Təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…