Əsas məzmuna keç

İndoneziyada zəlzələ: 6,2 maqnitudalı yeraltı təkan qeydə alınıb

İndoneziyada zəlzələ: 6,2 maqnitudalı yeraltı təkan qeydə alınıb

İndoneziyanın Qərbi Sumatra sahillərində baş verən güclü seysmik aktivlik təşvişə səbəb olub. Təbii fəlakətin dağıntılara yol açıb-açmadığı araşdırılır.

en ru

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 101 min nəfərin yaşadığı Ternate şəhərindən 115 km şimalda yerləşib. Zəlzələnin ocağı 121 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…