Pakistanın “Shalamar” adlı neft tankeri Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, gəmi izləmə sistemlərinin məlumatına əsasən, tanker 16 aprel axşamı İranın Larak adasının cənubundan keçərək BƏƏ-nin Das adasında yüklədiyi təxminən 450 min barel neftlə Oman körfəzinə daxil olub.
Qeyd olunub ki, Pakistan bayrağı altında üzən tanker həftəsonu Fars körfəzinə daxil olub və 13 apreldən bu yana Hörmüz boğazından keçən ilk neft daşıyıcı gəmi olub.
Məlumata görə, “Shalamar” tankeri Pakistan Milli Gəmiçilik Korporasiyasına məxsusdur və həmin şirkət tərəfindən idarə olunur.
Bildirilib ki, ABŞ tərəfi əvvəlcə tətbiq edilən məhdudiyyətlərin Hörmüz boğazına deyil, İran limanları və sahil ərazilərinə aid olduğunu açıqlayıb. ABŞ-ın məlumatına əsasən, boğazdan keçid yalnız İran limanlarından çıxan və ora daxil olan gəmilərlə məhdudlaşdırılıb.
Xatırladaq ki, ABŞ–İsrail hərbi əməliyyatlarından sonra İran 28 fevralda düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsini qadağan edib.
Məlumata görə, hərbi əməliyyatlardan əvvəl bu strateji boğazdan gündə təxminən 135 gəmi keçirdi.