Operativ Məlumat Mərkəzi

Pakistanda iyunun 25-dən bəri musson yağışları nəticəsində 50 nəfər ölüb

1 dəq
Paylaş:
Pakistanda iyunun 25-dən bəri musson yağışları nəticəsində 50 nəfər ölüb
bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) bəyanatında deyilib. İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u...

Pakistanda təsirli olan musson yağışları nəticəsində iyunun 25-dən bu yana 14-ü uşaq olmaqla 50 nəfər həyatını itirib, 87 nəfər isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) bəyanatında deyilib.

İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u uşaq olmaqla 34 nəfər, Hayber Paxtunxva əyalətində isə 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

Davam edən yağışlar nəticəsində 60-dan çox evə ziyan dəyib.

Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistana böyük ziyan vurur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər