Əsas məzmuna keç

Pakistanda istilər səbəbindən 29 nəfər ölüb

Pakistanda istilər səbəbindən 29 nəfər ölüb

bu barədə xarici KİV məlumat yayıb. Yüzlərlə insanın şəhərdəki xəstəxanalara aparıldığı bildirilib.  Ölkənin ən böyük yardım təşkilatlarından biri olan...

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində həddindən artıq istilər səbəbindən 29 nəfərin öldüyü bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yüzlərlə insanın şəhərdəki xəstəxanalara aparıldığı bildirilib.

Ölkənin ən böyük yardım təşkilatlarından biri olan Edhi Vəqfinin rəsmisi verdiyi açıqlamada, həddindən artıq istilərdə həyatını itirənlərin sayının daha çox olduğunu bildirib.

Edhi son günlərdə təşkilatın Karaçidəki meyitxanalarına həddindən artıq istilər səbəbiylə öldüyü güman edilən yüzlərlə adamın gətirildiyini, həkimlərin diaqnoz qoymadan ölümlərin səbəbinin tam olaraq nə olduğunu bilə bilmədiklərini ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #kiv#sind
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…