Əsas məzmuna keç

Pakistandakı daşqınlarda son 24 saat ərzində 28 nəfər öldü

Pakistandakı daşqınlarda son 24 saat ərzində 28 nəfər öldü

bununla bağlı xarici KİV məlumat yayıb. Pəncab Fövqəladə Halların İdarə Olunması Agentliyinin (PDMA) sözçüsü Faruk Əhməd vilayətdə davam edən yağışlarla...

Pakistanda yağışlarının səbəb olduğu daşqınlarda son 24 saat ərzində 28 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (PDMA) sözçüsü Faruk vilayətdə davam edən yağışlarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, ölüm hallarının əksəriyyəti damların və divarların uçması nəticəsində baş verib.

Güclü leysanlar səbəbindən çayların daşması riskinə qarşı xəbərdarlıq edilib.

Qeyd edək ki, Pakistanda hər il iyul-sentyabr aylarında təsirli olan musson yağışları ölkənin bir çox şəhərində yüzlərlə insanın ölümünə və ciddi maddi itkilərə səbəb olur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…