Əsas məzmuna keç

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli reaktiv yaylım atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib. Bu barədə Pakistan Müdafiə...

Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…