Əsas məzmuna keç

Pakistan qüvvələri Bəlucistanda 19 silahlını məhv etdi

Pakistan qüvvələri Bəlucistanda 19 silahlını məhv etdi

Kvetta və Keç bölgələrində "Fitnə əl-Xəvaric" qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatda ağır itkilər qeydə alınıb. Görəsən, terrorla mübarizə nəticə verir?

en ru

Pakistanın qüvvələri Bəlucistan əyalətində keçirilən antiterror əməliyyatları zamanı 19 silahlını məhv edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar Kvetta və Keç bölgələrində " əl-Xəvaric" və "Fitnə əl-Hindustan" qruplaşmalarına qarşı keçirilib.

Toqquşmalar zamanı bir Pakistan hərbçisi də həlak olub.

Qeyd edək ki, Pakistan və Hindistan arasında gərginliyin artması fonunda Pakistan hakimiyyəti ölkədə fəaliyyət göstərən terror təşkilatlarının əksəriyyətini rəsmi olaraq Hindistanın agentləri kimi qiymətləndirməyə başlayıb və onları ümumi olaraq "Fitnə əl-Hindustan" adı altında birləşdirib.

Məlumat üçün bildirək ki, 2025-ci il ərzində Pakistanın təhlükəsizlik qüvvələri 2 597 silahlını zərərsizləşdirib. Həmin dövrdə ölkədə 5 397 terror aktı alınıb və nəticədə 1 235 nəfər həyatını itirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…