Əsas məzmuna keç

Pakistanın Bəlucistan əyalətində antiterror əməliyyatları: 70-dən çox silahlı zərərsizləşdirilib

Pakistanın Bəlucistan əyalətində antiterror əməliyyatları: 70-dən çox silahlı zərərsizləşdirilib

Fitna əl-Hindustan qruplaşmasına ağır zərbə: 88 terrorçu məhv edildi, 10 hərbçi şəhid oldu. Şahid Rind son 48 saatın qanlı bilançosunu və təfərrüatları açıqladı.

ru en

Pakistan qüvvələri son iki gün ərzində əyalətində keçirilən genişmiqyaslı tədbirləri zamanı 70-dən artıq terrorçunu məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bəlucistan hökumət başçısının siyasi və media məsələləri üzrə köməkçisi Şahid məlumat verib.

Rəsminin sözlərinə görə, silahlı qruplar əyalətin müxtəlif bölgələrində hücumlar təşkil etməyə cəhd göstərsələr də, qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində bu planların qarşısı alınıb və hücumlar dəf edilib.

Pakistanın “Dawn” nəşrinin yaydığı xəbərə əsasən, Hindistanla əlaqəli olduğu iddia edilən “Fitna əl-Hindustan” qruplaşması Bəlucistan ərazisində 12 müxtəlif nöqtədə hücum həyata keçirib. Həmin hücumlar zamanı Pakistanın güc strukturlarının 10 əməkdaşı həlak olub.

Eyni zamanda, “Dawn” nəşri güc strukturlarındakı mənbələrə istinadən bildirib ki, son 48 saat ərzində Bəlucistan əyalətində aparılan əməliyyatlar nəticəsində ümumilikdə 88 terrorçu öldürülüb. Təhlükəsizlik qüvvələri bölgədə vəziyyətə tam nəzarətin təmin edilməsi üçün əməliyyatları davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…