Əsas məzmuna keç

Omanda “Toska” tamaşasının premyerası olub

Omanda “Toska” tamaşasının premyerası olub

Maskatda Kral Opera Teatrında Puççininin əsəri səhnələşdirilib. Yusif Eyvazovun baş rolda olduğu tamaşanı nazir Adil Kərimli də izləyib. Musiqi hadisəsinin detalları:

en ru

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.

Bildirilib ki, tamaşa əsas partiyadan Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Eyvazovun canlandırdığı səhnə əsəri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı mədəniyyətimizin səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…