“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi
23.09.2024 14:53
Aa
dəq

Ermənistan nə aprel döyüşlərindən, nə Günnüt döyüşlərindən, nə də Tovuz döyüşlərindən özü üçün bir ibrət dərsi götürmədi. Əksinə, Ermənistan hər dəfə vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

“2020-ci ilin sentyabrın 27-də Ermənistan tərəfinin irimiqyaslı hərbi əməliyyatlara başlamasına, ordumuzun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı və bu əməliyyat “Dəmir Yumruq” adını alaraq xalqımızın Vətən Müharibəsinə çevrildi. Dövlətimizin, xalqımızın və ordumuzun birləşərək “Dəmir Yumruğa” çevrilməsi müharibənin Azərbaycan xalqının qələbəsi ilə başa çatmasının əsas faktoru oldu”.

İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərinin  təhlili - LAWELS

26 il boyunca Azərbaycan ərazilərində yaratdığı “Ohanyan səddi”nin cəmi bir neçə saat içərisində darmadağın edildiyini bildirən ekspert, düşmənin böyük itkilərə, o cümlədən şəxsi heyyət, texnika, avadanlıq vasitələri və nəzarət etdiyi ərazilərin itkilərinə məruz qaldığını, çətin iqlim, mürəkkəb relyef şəraitində ordumuzun əsl qəhrəmanlıq nümunələri nümayiş etdirdiyini qeyd edib.

Ə.Verdiyev vurğulayıb ki, Şuşa şəhərinin azad olunması ümumilikdə dünya hərb tarixinin analoqu olmayan nadir nümunələrindən biridir. Şuşanın azad olunması Azərbaycan ordusunun nə qədər geniş imkanlara malik olduğunu həm Ermənistana, həm onun havadarlarına, həm də bütün dünyaya nümayiş etdirmiş oldu.

“Vətən müharibəsi zamanı döyüş əməliyyatları əsasən pilotlu və pilotsuz aviasiyanın, artilleriyanın, motoatıcı hissədə bölmələrin qarşılıqlı əlaqəsinin təşkil edilməsi ilə həyata keçirilirdi. Biz torpaqlarımızı fasiləsiz olaraq yanlız və yanlız düşmən mövqelərini azad etməklə həyata keçirdik.

Düşmənin müharibədəki itkiləri 5 milyard manatdan çox dəyərə malik idi. Bundan əlavə, düşmən 11 mini fərari olmaqla, 12 mindən çox yaralı və 5 minə yaxın şəxsi heyyət itirdi. Düşmənin silah, texnika və avadanlıqları Azərbaycan ordusu tərəfindən qənimət olaraq ələ keçirildi.

Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Silahlı Qüvvələri Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazilərimizdə güclü hərbi istehkamlar, maneələr yaratmasına baxmayaraq, bu əraziləri cəmi 44 gündə azad etdi. 44 Günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Respublikasının müstəqillik tarixində ilk dəfə olaraq ərazi bütövlüyü bərpa olundu. Ermənistan Azərbaycan qarşısında məğlub olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, məhz Azərbaycan bu müharibədə parlaq bir qələbə qazanaraq torpaqlarımızın işğalına son qoydu. Vətən müharibəsi Azərbaycanımızın ən şanlı zəfər tarixindən birinə çevrildi”, - deyə ekspert sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu