Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ödənişli yollarda sürət 130 km/saat oldu

3 dəq
Paylaş:
Ödənişli yollarda sürət 130 km/saat oldu

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında sürücüləri maraqlandıran mühüm dəyişikliklər müzakirəyə çıxarılıb. " haqqında""Avtomobil yolları haqqında" qanun layihələrinə edilən əlavələr, əsasən sürət həddi və cərimə meydançaları ilə bağlı yeni qaydaları əhatə edir.

Ödənişli yollarda maksimal sürət həddi neçə olacaq?

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəbul edilən dəyişikliyə əsasən, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat olaraq edilir.

Layihə səsvermədən sonra birinci oxunuşda qəbul edilib.

Avtomagistral anlayışı və yeni standartlar

Qanunvericilikdə "avtomagistral" anlayışının çərçivəsi də yenilənir. Bu statusa malik yollar başlanğıcı və sonu müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, xüsusi hərəkət rejiminə malik ərazilər hesab olunacaq.

Yeni tələblərə görə, avtomagistrallar digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməməlidir. Eyni zamanda, bu yollar hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilməlidir.

Cərimə meydançası və ödənişlərin hesablanma qaydası

Yeni əlavə edilən müddəalara görə, vasitəsi mühafizə olunan duracağa yerləşdirildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğ ödənildikdən dərhal sonra sahibinə qaytarılmalıdır.

Əgər vasitəsi qanunsuz saxlanılıbsa və ya düzgün saxlanılmaması nəticəsində ona maddi zərər dəyibsə, avtomobil sahibinin inzibati qaydada və məhkəməyə etmək hüququ var.

Duracaq haqqının hesablanması isə avtomobilin gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən başlayacaq.

İnzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya şikayət təmin edildikdə, duracaq üçün ödənilmiş vəsait müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin sahibinə geri qaytarılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax