Əsas məzmuna keç

Nüvə silahlanması üçün ayrılan büdcə rekord həddə çatdı: 119 milyard dollar

Nüvə silahlanması üçün ayrılan büdcə rekord həddə çatdı: 119 milyard dollar

Dünya dövlətlərinin nüvə silahlarına xərclədiyi vəsait tarixi zirvəyə yüksəlib. Beynəlxalq ekspertlər bu artımı yeni silahlanma yarışının başlanğıcı kimi qiymətləndirirlər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dünya miqyasında nüvə silahlanmasına son illərin ən kəskin artımını nümayiş etdirərək yeni rekord həddə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beynəlxalq təşkilatların hesabatlarına görə, 2025-ci il ərzində nüvə silahına malik ölkələrin bu sahəyə xərclədiyi 119 milyard dollara yüksəlib ki, bu da tarixin ən yüksək göstəricisidir.

Nüvə silahlarının ləğvi uğrunda çalışan ICAN tərəfindən yayımlanan bu məlumatlar, qlobal güc balansında ciddi dəyişikliklərin baş verdiyini təsdiqləyir.

Məlumata görə, son on ildə müşahidə olunan ən sürətli artım tempi məhz son bir neçə ildəki geosiyasi gərginliklərlə birbaşa bağlıdır.

İllik bazda təxminən 19 faizlik artım, "Soyuq Müharibə" dövründən sonra nadir hallarda rast gəlinən bir templə silahlanma yarışının yenidən alovlandığını göstərir.

Mütəxəssislər vurğulayırlar ki, bu xərclər sadəcə yeni silah istehsalı ilə məhdudlaşmır; buraya mövcud arsenalın modernləşdirilməsi, yeni nəsil raket sistemlərinin hazırlanması və strateji infrastruktur layihələri də daxildir.

Hesabatda ən çox vəsait xərcləyən ölkənin ABŞ olduğu qeyd olunur. Vaşinqtonun nüvə proqramlarına ayırdığı büdcə 69 milyard dolları ötüb ki, bu rəqəm digər nüvə dövlətlərinin cəmi xərclərinə yaxınlaşır. Bununla yanaşı, Çin öz nüvə potensialını sürətlə genişləndirməyə çalışır, isə mövcud ehtiyatlarını yeniləməyə üstünlük verir. Böyük Britaniya və Fransa kimi Avropa ölkələri də xüsusilə sualtı qayıq bazlı nüvə sistemlərinə yatırımlarını artırıblar.

Ekspertlər bildirirlər ki, nüvə silahlanması artıq təkcə hərbi müdafiə vasitəsi deyil, həm də beynəlxalq diplomatiyada əsas alətə çevrilib. Bir çox ölkə üçün bu potensial, diplomatik danışıqlarda rıçaq rolunu oynayır. ICAN isə xəbərdarlıq edir ki, bu nəhəng vəsaitlərin silahlanmaya yönəldilməsi , yoxsulluq və səhiyyə kimi qlobal problemlərin həllinə ayrılacaq resursları azaldır. Bu tendensiyanın davam etməsi, gələcək illərdə daha böyük təhlükəsizlik risklərini qaçılmaz edə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…