Nigeriya Hərbi Dəniz Qüvvələri Rivers əyalətində neft qaçaqmalçılarına qarşı əməliyyatlar həyata keçirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Dəniz Qüvvələrinin Rivers Dövlət Komandanı Desmond İqbo açıqlama verib.
Açıqlamada qeyri-qanuni fəaliyyət göstərən 3 milyon litr neft tutumu olan neft emalı zavodunun aşkarlanaraq fəəaliyyətinin dayandırıldığı bildirlib.
Neft oğrularının ölkə iqtisadiyyatını davamlı olaraq təxribat etdiklərini ifadə edən İqbo,-"Bu, ən yaxşı qazanc yolu deyil. Ətraf mühitə zərər vermək əvəzinə dolanmağın bir çox yolu var və oğrular da hökuməti ehtiyac duyduğu gəlirdən məhrum edir",- deyə qeyd edib.