Əsas məzmuna keç

Niderland Kiyevə 133 milyon avrodan çox yardım ayırıb

Niderland Kiyevə 133 milyon avrodan çox yardım ayırıb

Haaqa administrasiyası Kiyevin enerji sektorunu dəstəkləmək üçün əlavə vəsait ayırıb. 2022-ci ildən bəri yardımların ümumi həcmi 13,6 milyard avronu keçib.

en ru

hökuməti 2026-cı il üçün Ukraynaya nəzərdə tutulan maliyyə dəstəyinin həcmini artıraraq 133 milyon avroya çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NL Times" portalı xarici ticarət və beynəlxalq əməkdaşlıq üzrə Aukye de Vrisə istinadən məlumat yayıb.

Məlumata görə, maliyyələşmənin artırılmasına səbəb krallıq hökumətinin Ukraynanın energetika sektoruna dəstək məqsədilə əlavə 23 milyon ayırmaq qərarıdır.

Bu vəsaitin əsasən aşağıdakı istiqamətlərə yönəldilməsi planlaşdırılır:

  • Xaricdən qaz tədarükünün təmin edilməsi;
  • Müharibə nəticəsində zədələnmiş infrastrukturunun bərpası;
  • Niderland istehsalı olan zəruri avadanlıqların (generatorlar, kabellər və s.) satınalınması.

Hesabatda qeyd olunur ki, Niderland hər il Ukraynaya orta hesabla 3,5 milyard avro dəyərində yardım göstərir.

Diqqətçəkən məqam odur ki, 2026-cı il büdcəsində Kiyev üçün nəzərdə tutulan vəsaitin təxminən 2 milyard avrosu artıq 2025-ci ildə xərclənib.

Ümumilikdə isə 2022-ci ildən bu yana Niderlandın Ukraynanın hərbi ehtiyacları üçün ayırdığı vəsaitin ümumi məbləği 13,6 milyard avronu ötüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…