Himalaylarda Nepal və Çin sərhədindəki keçidi dağıdan sel fəlakətindən həftələr sonra itkin düşənlərin ailələri yaxınlarından xəbər gözləməyə davam edir.
33 yaşlı hindistanlı Aruşi Quptanın valideynləri avqustun 26-da baş verən daşqından sonra hər gün qızlarına zəng edir və mesaj yazırlar. Aruşi sonuncu fotosunu Tibetdəki Gyirong Port immiqrasiya məntəqəsindən göndərib. O, Hindular üçün müqəddəs sayılan Kaylaş dağına ziyarətə gedərkən Nepal ərazisindən Tibetə keçməyə hazırlaşırdı.
Nepal tərəfdə buzlaqın çökməsi nəticəsində dağlardan aşağı axan selin ardından 5 130 nəfərin hələ də itkin olduğu bildirilir. Fəlakət nəticəsində azı 1 386 nəfər ölüb. Çində isə azı 43 nəfər həyatını itirib, 519 nəfər itkin düşüb. İtkinlər arasında çox sayda əcnəbinin olduğu qeyd edilir.
Axtarış-xilasetmə işləri zamanı Nepalın hidroelektrik stansiyalarının tunellərində qalan bəzi şəxslər xilas edilib. Lakin xilasetmə əməliyyatı ilə bağlı əvvəlki müntəzəm məlumat axını səngiyib. Buna baxmayaraq, bəzi ailələr məlumatın olmamasını yaxınlarının sağ qalması üçün kiçik də olsa ümid kimi qiymətləndirir.
Norveçin Bergen şəhərində yaşayan 22 yaşlı ukraynalı kino tələbəsi Vladyslava Horlova deyib ki, anası Elena hələ ölü elan edilməyib: “Onun öldüyü təsdiqlənməyib. Buna görə də düşünürəm ki, ümid etmək üçün bu, kiçik bir səbəbdir”. 42 yaşlı Elena sərhəd məntəqəsi yaxınlığında mənəvi səyahətə çıxmış ukraynalılar qrupunun tərkibində itkin düşüb. Ailə nümayəndələrinin bildirdiyinə görə, həmin səfərdə olan daha 46 ukraynalı da itkin sayılır.
Aruşi uzun müddət Kaylaş dağına getməyi planlaşdırıb. O, avqustun 23-də Yeni Dehlidən Katmanduya uçub. Daşqın günü atasına sərhədə 15 dəqiqəlik məsafədə olduğunu bildirib. Sonuncu