Şəhəri məhv etmək üçün kifayət qədər böyük bir asteroid bu həftə sonu Yerin və Ayın orbitləri arasından keçəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 2023 DZ2 adlı obyekt bir ay əvvəl kəşf edilib.
O, Aydan 515.000 km məsafədən keçəcək və bir neçə saat sonra Yerin yanından uçacaq.
Diametrinin 40 ilə 90 metr arasında olduğu təxmin edilən belə nəhəng asteroidin planetə bu qədər yaxınlaşması nadir haldır.