Əsas məzmuna keç

Neftin qiyməti 90 dollar olacaq?

Neftin qiyməti 90 dollar olacaq?

Goldman Sachs Brent markalı yanacağın bareli üçün proqnozunu artırdı. Fars körfəzində tədarük qıtlığı fonunda qlobal bazarda yaranacaq böyük dəyişikliyin təfərrüatı.

ru en

neft bazarında Hörmüz boğazı ilə bağlı risklər fonunda qiymət proqnozları yenilənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, “ ” investisiya bankı markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

Qeyd olunub ki, bankın analitikləri əvvəllər 80 səviyyəsində gözlənilən Brent neftinin dördüncü rübdə orta hesabla 90 dollar/barel ola biləcəyini proqnozlaşdırır.

Məlumata görə, bu dəyişiklik Fars körfəzindən neft tədarükündə mümkün kəskin azalma ilə əlaqələndirilir.

Bildirilib ki, “Goldman Sachs” regiondan ixracın yalnız iyun ayının sonuna qədər bərpa olunacağını ehtimal edir.

Qeyd edilib ki, cari rübdə bazarda gündəlik təxminən 9,6 milyon barel təklif çatışmazlığının yaranacağı gözlənilir.

Məlumata əsasən, bank eyni zamanda qiymətlərin daha da artması və bunun qlobal iqtisadiyyata mənfi təsiri ilə bağlı risklərin mövcud olduğunu da vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…