Əsas məzmuna keç

Neftimiz bu gün də ucuzlaşdı

Neftimiz bu gün də ucuzlaşdı

Dünya birjalarında “Azeri Light” markalı xam neftin dəyəri 92,55 dollara düşüb. Enerji bazarındakı bu qiymət azalması dövlət büdcəsinə necə təsir edəcək?

en ru

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı ucuzlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, neftinin 1 barelinin qiyməti 1,42 dolları və ya 1,51 % azalaraq 92,55 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün 93,97 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…