Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan neftinin qiyməti 104 dolları ötüb

2 dəq
Paylaş:
Azərbaycan neftinin qiyməti 104 dolları ötüb

Dünya bazarında " " markalı neftinin qiymətində artım müşahidə olunub. Neft bazarındakı mənbələrdən verilən məlumata görə, xammalın bir barelinin qiyməti 6,57 ABŞ dolları və ya 6,7 % bahalaşaraq 104,58 ABŞ dolları edib.

Hərracların yekunlarına əsasən, "Brent" markalı neftin avqust fyuçersləri 100,3 ABŞ dollarına bərabər olub. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli isə 6,59 ABŞ dolları və ya 6,87 % 102,48 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Tarixi göstəricilər:

  • "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb və 15,81 ABŞ dolları təşkil edib.
  • Maksimal qiymət isə 2008-ci ilin iyul ayında müşahidə olunub və 149,66 ABŞ dollarına çatıb.

Sözügedən neft markası "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Birja

Hamısına bax