Əsas məzmuna keç

Neftçalada 7 kq narkotik ələ keçirildi

Neftçalada 7 kq narkotik ələ keçirildi

Daxili İşlər Nazirliyi əməkdaşlarının rayon ərazisində keçirdiyi əməliyyatla külli miqdarda qadağan olunmuş maddə ələ keçirilib. Saxlanılan şəxs və təfərrüatlar...

en ru

Neftçala Rayon Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan 7 kiloqrama yaxın olan marixuana aşkarlanıb. Həmçinin araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…