Operativ Məlumat Mərkəzi

Naxçıvanda təlimdə şərti düşmən hədəfləri atəşlə məhv edilib - VİDEO

1 dəq
Paylaş:
Naxçıvanda təlimdə şərti düşmən hədəfləri atəşlə məhv edilib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib. Müdafiə Nazirliyindən "Operativ...

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.

Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər