Əsas məzmuna keç

Naxçıvan-İğdır marşrutu üzrə pulsuz avtobuslar fəaliyyət göstərir

Naxçıvan-İğdır marşrutu üzrə pulsuz avtobuslar fəaliyyət göstərir

Bakıdan uçuşlar dəyişdi: Hava limanı ilə avtovağzal arasında pulsuz avtobuslar ayrılıb. Artıq 1400-dən çox şəxs martın 5-dən bəri bu xidmətdən yararlanıb.

ru en

Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Avtovağzalından İğdır və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Martın 5-dən indəyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…