Əsas məzmuna keç

Vasif Talıbovun dövründə tikilən bina yarımçıq QALDI

Vasif Talıbovun dövründə tikilən bina yarımçıq QALDI

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir yarımçıq vəziyyətdədir.

en ru

Naxçıvanda Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir vəziyyətdədir.

“Operativ Məlumat Mərkəzi-OMM”oxu.az-a istinadla xəbər verir ki, Vasif Talıbovun vəzifədən getməsindən sonra inşa işləri dayandırılıb.

Hazırda binanın hansı məqsədlə istifadə olunacağı bəlli deyil. Tikintinin nə üçün yarımçıq saxlanıldığı, layihənin taleyinin necə olacağı ilə bağlı məqamlar da suallar doğurur.

Digər tərəfdən binanın yerləşdiyi ərazidə yeni tikilinin inşasına ehtiyac olmaması da suallar yaradır. Bildirilir ki, Ali Məclisin binası olduğu, iclasların isə mütəmadi keçirilməməsinə rəğmən, belə bir binanın hansı zərurətdən inşa olunması müzakirə mövzusudur.

Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan sorğuyaa cavab olaraq bildirilib ki, Ali Məclis həmin binanın tikintisi ilə əlaqədar sifarişçi qismində çıxış etməyib:

"Eyni zamanda, qeyd olunan binanın tikintisinin dayandırılma səbəbləri, hazırkı vəziyyəti və gələcək təyinatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində hər hansı məlumat mövcud deyil".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…