Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO Avropanın şərq cinahına daha çox qüvvə yerləşdirir?

2 dəq
Paylaş:
NATO Avropanın şərq cinahına daha çox qüvvə yerləşdirir?

"NATO Rumıniyada yaşayış binasının damına pilotsuz təyyarənin düşməsi hadisəsindən sonra Avropanın şərq cinahına daha çox yerləşdirmək niyyətindədir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO Komitəsinin rəhbəri, italyan admiralı Cüzeppe Kavo deyib.

"NATO artıq şərq cinahını gücləndirmək üçün addımlar atır. Bəli, biz bunu təşkil edirik", - o qeyd edib.

Admiral əlavə edib ki, alyans Baltik dənizindən Qara dənizə qədər hər şeyi birləşdirəcək bir yaratmaq niyyətindədir.

O, hansı qüvvələrdən danışdığını və təklif olunan sistem haqqında ətraflı məlumat verməyib.

Draqone qeyd edib ki, NATO dəqiq nəyi nəzərdə tutduğunu açıqlamadan ən yaxşı əks tədbirləri öyrənir və tətbiq edir.

Xatırladaq ki, mayın 29-da Rumıniya Qalati şəhərindəki çoxmənzilli binanın damına pilotsuz təyyarənin düşdüyünü bildirib. Buxarest hadisədə Rusiyanı günahlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax