Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NASA-nın kosmik teleskopu xilas etmək cəhdi uğursuzluqla nəticələndi

2 dəq
Paylaş:
NASA-nın kosmik teleskopu xilas etmək cəhdi uğursuzluqla nəticələndi

2004-cü ildə Yer orbitinə çıxarılan və hazırda atmosfer sürtünməsi səbəbindən sürətlə hündürlük itirən teleskopun xilas edilməsi planı uğursuzluqla nəticələnib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “” teleskopun orbitini yüksəltmək üçün Arizona mərkəzli “Katalyst Space Technologies” şirkəti ilə 30 milyon dollarlıq müqavilə imzalayıb. Layihəyə əsasən, “” adlı xüsusi kosmik aparatın teleskopa birləşərək onu daha yüksək və təhlükəsiz orbitə çıxarması nəzərdə tutulub.

İyulun 3-də “Northrop Grumman” şirkətinə məxsus “Pegasus XL” raketi ilə orbitə göndərilən “LINK” aparatı uçuşdan dərhal sonra ciddi idarəetmə problemləri ilə üzləşib.

Mütəxəssislərin proqram təminatını yeniləmək və aparatın fırlanma sürətini tənzimləmək cəhdləri nəticə verməyib. Yaranan problemlər səbəbindən “NASA” orbit yüksəltmə missiyasının dayandırıldığını açıqlayıb.

Bununla belə, missiyanın tamamilə nəticəsiz qalmadığı bildirilib. “NASA” rəhbəri Cared İsaakman qeyd edib ki, əldə olunan təcrübə gələcək kosmik missiyalar üçün əhəmiyyət daşıyır.

Missiya dayandırılsa da, “LINK” aparatının teleskopa yaxınlaşma və kenetlenmə texnologiyalarını sınaqdan keçirmək məqsədilə manevrlərini davam etdirəcəyi açıqlanıb.

Qeyd edək ki, qamma şüaları partlayışlarını tədqiq edən “” kosmik teleskopunun yaxın gələcəkdə atmosferə daxil olaraq parçalanacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə