Əsas məzmuna keç

Narkoloji xəstələrin işə götürülməsi ilə bağlı yeni cərimələr müəyyənləşir

Narkoloji xəstələrin işə götürülməsi ilə bağlı yeni cərimələr müəyyənləşir

İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər çərçivəsində müəyyən sahələrdə çalışan narkoloji xəstələrlə bağlı qadağalar və cərimə sanksiyaları tətbiq olunacaq.

en ru

Azərbaycanda narkoloji xəstəliyi olan şəxslərin qadağan olunmuş sahələrdə işə cəlb edilməsinə görə cərimə tətbiqi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, bu sahədə məsuliyyət müəyyən edilib.

Dəyişiklik layihəsinə görə, narkoloji xəstələrin çalışması üçün icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsi bağlayan və ya mövcud müqavilənin müddətini uzadan vəzifəli şəxsləri 3 000 manat məbləğində cərimə gözləyir.

Bundan əlavə, müvafiq sahələrdə işə qəbul zamanı tibbi yoxlama arayışı tələb olunur. Bu tələbə riayət etməyən və tibbi arayış olmadan işə qəbul həyata keçirən vəzifəli şəxslər üçün 1 000 manat cərimə tətbiq ediləcək.

Qeyd edək ki, sözügedən dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…