Əsas məzmuna keç

Elektron siqaretlərə görə yeni cərimələr

Elektron siqaretlərə görə yeni cərimələr

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə veyplərin qanunsuz dövriyyəsi üçün 5000 manatadək sanksiya gəlir. Milli Məclisin qərarı aprelin 1-dən qüvvədədir. Kimlər?

en ru

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə yeni müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əlavə edilən yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin qanunsuz dövriyyəsinə görə mallar müsadirə ediləcək.

Təklif edilən dəyişikliyə əsasən cərimələr aşağıdakı kimi tətbiq olunacaq:

Fiziki şəxslər 350 manatdan 500 , vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…