Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və İran arasında gərginlik: Hücumlar və qarşılıqlı cavab addımları

2 dəq
Paylaş:
ABŞ və İran arasında gərginlik: Hücumlar və qarşılıqlı cavab addımları

ABŞ ordusu İranda bir sıra bölgələrə silsilə hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ qüvvələri ötən gecə İranın mərkəzi və cənub bölgələrində, o cümlədən İsfahan və Şiraz şəhərlərinə, həmçinin Çabahar, Kunarek, Bəndər-Lenge, Sirik və Abadan istiqamətlərinə hava zərbələri endirib. Vaşinqton əməliyyatların məqsədinin İranın Hörmüz boğazı yaxınlığındakı imkanlarını zəiflətmək olduğunu açıqlayıb.

Məlumata görə, İran rəsmiləri nəticəsində insan tələfatının alınmadığını bildiriblər. Hazırda zərbə endirilən obyektlərdə dəymiş maddi ziyanın qiymətləndirilməsi aparılır və yaxın vaxtlarda ətraflı məlumatın açıqlanacağı gözlənilir.

İran isə cavab olaraq "Nasr 2" əməliyyatının 24-cü dalğasına start verildiyini açıqlayıb. Bildirilir ki, bu çərçivədə Bəhreyn və Küveytdə yerləşən ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. ABŞ tərəfi isə hücumların nəticələri ilə bağlı hələlik ətraflı məlumat açıqlamayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax