Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bu halda Tehran üzərinə götürdüyü öhdəlikləri icra etməyəcək"

2 dəq
Paylaş:
"Bu halda Tehran üzərinə götürdüyü öhdəlikləri icra etməyəcək"

"İranın milli maraqları təmin ediləcəyi təqdirdə ABŞ ilə danışıqların yenidən başlaması mümkündür".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail deyib.

“Milli maraqlarımız təmin olunarsa, ABŞ ilə danışıqların yenidən başlanması mümkündür. "Ya danışıq, ya müharibə", yaxud "ya diplomatiya, ya müharibə" kimi seçimlər ölkəmizə fayda vermir. İran bəzi hallarda müdafiə vasitələri, bəzi hallarda isə diplomatiya yolu ilə öz maraqlarını qoruyur”, - o bildirib.

Bəqai boğazı ilə bağlı vurğulayıb ki, İranın bu boğaz üzərindəki suveren hüquqları heç bir halda müzakirə mövzusu ola bilməz.

“Biz gördüyümüz tədbirlərlə Hörmüz boğazı üzərində suverenliyimizi qorumaqda qətiyyətliyik. Bu boğazın İranın milli təhlükəsizliyinə qarşı istifadə edilməsinə imkan verməyəcəyik”, – sözçü qeyd edib.

O əlavə edib ki, İran ilə ABŞ arasında imzalanmış memorandumun müddəaları aydın və birmənalıdır, ABŞ-nin öhdəliklərini yerinə yetirməməsi üçün heç bir əsas yoxdur.

Bəqainin sözlərinə görə, əgər Vaşinqtonun öhdəliklərinə əməl etmədiyi müəyyənləşərsə, da üzərinə götürdüyü öhdəlikləri etməyəcək.

Sözçü İranın naziri İsgəndər Mömininin Pakistana səfərinə də toxunaraq bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə yalnız iki ölkənin nümayəndələri iştirak edəcək və əsasən aidiyyəti qurumların fəaliyyət sahələrinə dair məsələlər müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax