Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib

2 dəq
Paylaş:
Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib

Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Mustafa Abbasbəyli gətirilib.

Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində hüquq ixtisası, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001-2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.Abbasbəyli 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O həmçinin 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

Xatırladaq ki, M.Abbasbəyli bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bundan əvvəl Mədəniyyət Nazirliyinin rəhbəri Xanlar Ağalarov olub. O, İlham Əliyevin 2024-cü il yanvarın 29-da imzaladığı sərəncamla Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə sədr təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax