Əsas məzmuna keç

Müəllimlərin geyim qaydaları hüquqi müstəvidə təsbit olundu

Müəllimlərin geyim qaydaları hüquqi müstəvidə təsbit olundu

Təhsil Nazirliyi pedaqoqların xarici görünüşü ilə bağlı yeni standartlar müəyyən edib. Məktəblərdə tətbiq olunacaq etik davranış qaydaları nələri əhatə edir?

en ru

Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş tələblərinə riayət olunması hüquqi müstəvidə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Sənədə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Qeyd edilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Prezidentin qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmana əsasən isə iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib dövlət başçısına məlumat verməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…