Əsas məzmuna keç

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

İranın informasiya təzyiqlərinə qarşı Milli QHT Forumu sərt mövqe sərgiləyib. Məktəblərdə geyim qaydaları və dini polemikalar ətrafında nələr baş verir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli məktəblərdə şagird və müəllimlərin qaydaları ətrafında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı informasiya kampaniyalarının aparıldığı iddia olunub.

Forum məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsini və məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsi cəhdlərini pisləyib.

Bildirilib ki, dünyəvilik Azərbaycanın tarixi nailiyyəti və dövlətçilik ənənəsinin mühüm tərkib hissəsidir. Ölkədə dini-mənəvi dəyərlərə hörmətlə yanaşıldığı, müxtəlif dinlərin nümayəndələrinin və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.

Bəyanatda qeyd olunub ki, təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarına əməl edilməsi qanunvericiliyin tələbidir:

“Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır”.

Forum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələbləri xatırladıb. Qeyd olunub ki, vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Eyni zamanda, müəllimlərin geyiminə dair tələblərin onların peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasına xidmət etdiyi bildirilib.

Azərbaycan Milli QHT Forumu təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəklədiyini açıqlayıb.

Bəyanatda məktəblərin dini təbliğat və ideoloji təsir məkanı deyil, elm, təhsil, milli-mənəvi dəyərlər və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalı olduğu vurğulanıb.

Forum vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri və media subyektlərini dini həssaslıqlardan sui-istifadə etməyə yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd olunub ki, bu məsələdə əsas meyar Azərbaycan Konstitusiyası, qanunvericilik, milli maraqlar və dünyəvi dövlətçilik prinsipləri olmalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…