Əsas məzmuna keç

Möttəki ABŞ hərbçilərini hədələdi

Möttəki ABŞ hərbçilərini hədələdi

Mənuçöhr Möttəki Xarq adasına görə Vaşinqtona xəbərdarlıq etdi. Donald Trampın hədəsindən sonra hərbi bazalara helikopter reydləri və əsir planı açıqlandı.

en ru

Əgər Xarq adasını ələ keçirməyə cəhd edərsə, bölgədəki Amerika hərbi bazalarına hücumları olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənuçöhr Möttəki açıqlama verib.

İranlı deputat qeyd edib ki, belə bir addım atılacağı təqdirdə, İran ABŞ hərbçilərini götürəcək. O, fikrini bu cür ifadə edib: “Əgər onlar belə bir addımı atmağa cəhd edərsə, biz niyə regiondakı bazalarına helikopterlərlə enib onların hərbçilərini əsir götürməyək?”

Qeyd edək ki, ABŞ Prezidenti daha öncə ABŞ Mərkəzi Komandanlığının məhz İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…