Əsas məzmuna keç

Mirzoyan: İrəvan və Bakı itkin düşənlərin taleyinin aydınlaşdırılmasında maraqlıdır

Mirzoyan: İrəvan və Bakı itkin düşənlərin taleyinin aydınlaşdırılmasında maraqlıdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir. Onun sözlərinə görə, məsələ liderlərin Bişkekdəki görüşündə də müzakirə olunub.

en ru

Ermənistanın naziri ölkə parlamentində keçirilən "hökumət saatı" zamanı İlham Əliyevin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərinin Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi ilə bağlı İrəvana etdiyi çağırışlara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, deputat Sona Qazaryanın sualını cavablandıran Mirzoyan Bakının bu tələblərini radikal revanşist kütləvi informasiya vasitələrinin iddia etdiyi kimi "yeni tələb" hesab etmədiyini vurğulayıb.

Nazir etiraf edib ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi hər iki tərəf üçün aktuallıq kəsb edən mühüm humanitar məsələdir.

XİN rəhbəri bildirib ki, itkin düşənlərin koordinatlarının müəyyənləşdirilməsi və məsələnin həlli iki ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzindədir. Mövzu Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşlərdə, eləcə də xarici işlər nazirləri səviyyəsində müntəzəm müzakirə olunur.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsindən bu yana 4 mindən çox azərbaycanlı itkin düşmüş hesab olunur və Azərbaycan tərəfi dəfələrlə Ermənistanı kütləvi məzar yerləri barədə dəqiq xəritələri və məlumatları təqdim etməyə çağırıb. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təklifi ilə ölkədə hərbi əməliyyatlar zamanı itkin düşənlərin vahid reyestrinin yaradılması istiqamətində qanunvericilik təşəbbüsü də irəli sürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…