Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Minalardan təmizləmə: Ötən həftə 1545.7 hektar ərazi təmizlənib

1 dəq
Paylaş:
Minalardan təmizləmə: Ötən həftə 1545.7 hektar ərazi təmizlənib

Azad olunan ərazilərdə iyunun 1-dən 7-nə qədər qədər 101 tank əleyhinə mina, 48 piyada əleyhinə mina, 412 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1545.7 ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax